Türkiyə Şimali Kiprə qaz kəməri çəkəcək

17:13 - 13.07.2026


13 iyul, Fineko/abc.az. Türkiyə Şimali Kipr Türk Respublikasının rəhbərliyi ilə qaz tədarükü üzrə memorandum imzalayıb və uzunluğu təxminən 101 km olan sualtı qaz kəmərinin tikintisinə başlayır. Qaz kəməri Anamurdan Teknecikə qədər uzanacaq.

Məlumata görə, layihə terminallar və yardımçı obyektlər daxil olmaqla tam qaz infrastrukturunun yaradılmasını nəzərdə tutur ki, bu da Şimali Kiprin təbii qazla təmin olunmasına və enerji təchizatının etibarlılığının artırılmasına imkan verəcək.

Qaz kəməri ikitərəfli olacaq və qazın həm adaya, həm də əks istiqamətdə — Türkiyəyə və oradan Avropaya nəqlinə imkan verəcək.