17:30 - 13.07.2026
13 iyul, Fineko/abc.az. İraq, ABŞ və Suriya arasında Kərkük–Baniyas neft kəmərinin bərpası üzrə danışıqlar davam edir, lakin Amerika tərəfi artıq magistralın təmiri üçün podratçı şirkətlərdən ibarət qrup formalaşdırıb.
Layihə İraqın Kərkük şəhərindən Suriyanın Baniyas limanına neft tədarükü üçün strateji marşrutun yenidən qurulmasını nəzərdə tutur və Hörmüz boğazına alternativ kimi qiymətləndirilir. Yaxın vaxtlarda İraqın baş nazirinin ABŞ-a səfəri zamanı əldə olunmuş razılaşmaların elan ediləcəyi gözlənilir.
1952-ci ildə inşa edilən neft kəməri 1980-ci illərdən bəri fəaliyyət göstərmir və hazırda qənaətbəxş olmayan vəziyyətdədir. Ekspertlər hesab edirlər ki, onun bərpası əvəzinə tamamilə yenidən tikilməsi tələb oluna bilər ki, bu da 3 ilə qədər vaxt aparacaq.
Bundan əvvəl marşrutun yenidən işə salınması cəhdləri edilsə də, tərəflər razılığa gələ bilməyiblər.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026