09:33 - 13.07.2026
13 iyul, Fineko/abc.az. Bazar ertəsi keçirilən ticarət əməliyyatları zamanı neftin etalon markalarının qiyməti bahalaşır.
Bakı vaxtı ilə saat 09:27-yə olan məlumata görə, ICE Futures birjasında "Brent" markalı neftin sentyabr fyuçersinin dəyəri 3,43 dollar (4,51%) artaraq bir barel üçün 79,44 dollar təşkil edib. İyulun 10-da baş tutan ticarət sessiyasının nəticələrinə əsasən, müqavilənin qiyməti 0,29 dollar (0,38%) ucuzlaşaraq bir barel üçün 76,01 dollar olmuşdu.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin avqust fyuçersinin qiyməti saat 09:27-yə qədər 3,26 dollar (4,57%) artaraq bir barel üçün 74,67 dollara çatıb. Əvvəlki sessiyanın yekununda isə onun qiyməti 0,67 dollar (0,93%) azalaraq bir barel üçün 71,41 dollar təşkil etmişdi.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti isə 1,18 dollar (1,49%) düşərək 77,91 dollara geriləyib.

11 İyul 2026