Azərbaycanda 5 ayda 556 ton yaşıl çay yarpağı yığılıb

16:31 - 13.07.2026


13 iyul, Fineko/abc.az. 2026-cı ilin yanvar-may aylarında Azərbaycanda 556 ton yaşıl çay yarpağı yığılıb. ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,3 ton və ya 11,5% çoxdur.

Toplanan məhsulun 548,4 tonu və ya ümumi həcmin 98,6%-i Lənkəran-Astara iqtisadi rayonunun payına düşüb. Bu bölgədə yaşıl çay yarpağı yığımı illik müqayisədə 11,6% artıb.

Rayonlar üzrə ən yüksək göstərici 290,3 tonla Astarada qeydə alınıb. Bununla belə, Astara rayonunda məhsul yığımı ötən ilin eyni dövrünə nisbətən 4,4% azalıb. Lənkəran rayonunda isə yaşıl çay yarpağı istehsalı 42,4% artaraq 230,3 tona yüksəlib. Masallı rayonunda yığım 6,9% artımla 27,8 ton təşkil edib.

Şəki-Zaqatala iqtisadi rayonunda 7,6 ton yaşıl çay yarpağı yığılıb ki, bu da illik müqayisədə 2,7% artım deməkdir. Bölgədə bütün məhsul Zaqatala rayonunun payına düşüb.