15:00 - 11.07.2026
11 iyul, Fineko/abc.az. Yaponiyada istehsalçı qiymətləri indeksi Yaxın Şərqdə artan geosiyasi gərginliklərin yaratdığı xərc təzyiqləri fonunda son üç ildən artıq dövrün ən yüksək artım tempini nümayiş etdirib.
Yaponiya Mərkəzi Bankının (BOJ) rəsmi məlumatlarına istinadən xəbər verilir ki, iyun ayında istehsalçı qiymətləri indeksi (PPI) illik ifadədə 7,1% artıb. Bu göstərici bazarların 6,8%-lik proqnozunu xeyli üstələyərək 2023-cü ilin mart ayından bəri qeydə alınan ən yüksək illik sıçrayış olub.
Hesabatda qeyd olunur ki, sənayedə xammal və loqistika xərclərinin artması son dövrlərdə istehlak qiymətlərinə daha sürətlə təsir etməyə başlayıb. Tənzimləyici bu tendensiyanın ilin son rüblərində ümumi inflyasiyanı daha da yuxarı çəkə biləcəyi barədə xəbərdarlıq edib və bu amil Mərkəzi Bankın pul-kredit siyasətini sərtləşdirmə ehtimalını gücləndirir.