Hörmüz boğazından gəmilərin keçidi son beş həftənin minimumuna enib

16:23 - 13.07.2026


13 iyul, Fineko/abc.az. ABŞ və İran arasında yenidən alovlanan hərbi münaqişə və Yaxın Şərqdə ticarət gəmilərinə edilən hücumlar təhlükəsizlik risklərini artıraraq Hörmüz boğazındakı naviqasiyanı kəskin zəiflədib."Kpler" analitik şirkətinin gəmi izləmə məlumatlarına görə, bazar günü boğazdan cəmi 6 gəmi keçib ki, bu da son beş həftənin ən aşağı göstəricisidir.

Boğazı tərk edən gəmilər arasında 2 milyon barrel İran nefti daşıyan "Humanity" supertankeri (VLCC) və Kuveytə məxsus 500 min barrel neft məhsulu yüklü "Capetan Andreas" tankeri qeydə alınıb.

 Risklərdən qorunmaq üçün gəmilərin əksəriyyəti transponderlərini (yer təyin etmə sistemlərini) söndürərək hərəkət edib.

Həmçinin, həftə sonu boğaza daxil olan hər hansı bir maye qaz (LNG) tankerinin qeydə alınmadığı bildirilir.