Azərbaycan nefti ucuzlaşıb

09:50 - 10.07.2026


10 iyul Fineko/abc.az.  Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Məlumata görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,98 dollar və ya 3,63% azalaraq 79,09 dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.