16:54 - 13.07.2026
13 iyul, Fineko/abc.az. İyun ayında dünya üzrə almaz qiymətləri əsasən artıb, ən nəzərəçarpan yüksəliş isə kiçik daşlar seqmentində qeydə alınıb.
Bu barədə Rapaport nəşri Rapaport Trade Diamond Index (RAPI) göstəricilərinə istinadən məlumat yayıb.
Məlumata görə, 0,3 karatlıq almazların qiyməti 4,2%, 0,5 karatlıq almazların qiyməti isə 1,3% artıb. Eyni zamanda, 1 karatlıq brilyantlar 0,7% ucuzlaşıb, 3 karatlıq iri daşlar isə 0,4% bahalaşıb.
İlin əvvəlindən etibarən dinamika belə olub: 0,3 karat üçün +7,7%, 0,5 karat üçün −1,1%, 1 karat üçün +6,4%, 3 karat üçün isə −1,8%.
Rapaport qeyd edir ki, kiçik almazların qiymət artımı əsasən bazarda ehtiyatların azalması ilə bağlıdır.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026