11:00 - 11.07.2026
11 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-iyun ayları üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas makroiqtisadi göstəricilərini açıqlayıb.
Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,389 milyard manat dəyərində mal satılıb. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,7% artım deməkdir.