Financial Times: Avropa Rusiya LNG idxalını rekord səviyyəyə çatdırıb

14:47 - 13.07.2026


13 iyul, Fineko/abc.az. Avropa ölkələri 2026-cı ilin birinci yarısında Rusiyanın “Yamal LNG” layihəsindən mayeləşdirilmiş təbii qaz idxalı üzrə rekord göstərici qeydə alıb.

Bu barədə Financial Times analitik şirkət Kpler-in məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, Avropa “Yamal LNG” layihəsindən indiyədək olduğundan daha çox qaz idxal edərək, mümkün idxal qadağası ərəfəsində faktiki olaraq istehsalın demək olar ki, bütün həcmini satın alıb.

İdxalın həcmi 9,89 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur. Tədarüklərin ümumi dəyəri isə təxminən 6 milyard avroya qədər qiymətləndirilir.

Financial Times qeyd edir ki, bu göstəricilər Avropanın Rusiyanın ən iri enerji layihələrindən birinin fəaliyyətinin davam etdirilməsində hələ də mühüm rol oynadığını göstərir.

Rusiya LNG-sinin əsas alıcıları Fransa, Belçika və İspaniya olub.