09:46 - 10.07.2026
10 iyul, Fineko/abc.az. Cümə günü keçirilən ticarət əməliyyatları zamanı neftin etalon markalarının qiymətləri artır.
Bakı vaxtı ilə saat 09:40-a olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,33 dollar (0,43%) artaraq bir barelə 76,63 dollara çatıb. İyulun 9-da keçirilən ticarətin yekunlarına əsasən isə bu müqavilə 1,72 dollar (2,20%) ucuzlaşaraq bir barel üçün 76,30 dollar olmuşdu.
Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin avqust fyuçersləri saat 09:40-a 0,28 dollar (0,39%) artaraq bir barel üçün 72,36 dollara yüksəlib. Əvvəlki sessiyanın yekunlarına görə isə onun qiyməti 1,44 dollar (1,96%) azalaraq bir barel üçün 72,08 dollar təşkil etmişdi.
Dünya bazarında Azərbaycan nefti olan Azeri Light markasının qiyməti 2,98 dollar (3,63%) azalaraq bir barelə 79,09 dollar olub.
