Azərbaycanın ÜDM-i 65 milyard manatı ötdü: Qeyri-neft sektoru artımı kompensasiya edir

12:00 - 11.07.2026


11 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Statistika Komitəsi 2026-cı ilin birinci yarımilliyi üzrə Ümumi Daxili Məhsulun (ÜDM) həcmini açıqlayıb.

Hesabata əsasən, yanvar-iyun aylarında ölkədə 65,207 milyard manat dəyərində ÜDM istehsal olunub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8% artım deməkdir.

Hesabat dövrünün əsas tendensiyası qeyri-neft sənayesinin hərəkətverici qüvvəyə çevrilməsidir. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda yaradılmış əlavə dəyər 0,7% azalaraq 19,610 milyard manata düşsə də, qeyri-neft-qaz sektorunda əlavə dəyər 1,5% artaraq 45,596 milyard manata yüksəlib və ümumi dinamikanı müsbət zonada saxlayıb.