Meksikada “Sony” şirkətinə qarşı diskdən imtina ilə bağlı antiinhisar şikayəti hazırlanır

22:49 - 13.07.2026


13 iyul, Fineko/abc.az. Meksika parlamentariləri “Sony” şirkətinin 2028-ci ildən etibarən optik disklərdə oyun buraxılışını dayandırmaq qərarı ilə bağlı antiinhisar orqanlarına şikayət verməyə hazırlaşırlar.

Qanunvericilər hesab edirlər ki, bu addım rəqabəti məhdudlaşdıracaq, “Sony” şirkətinin bazar üzərində nəzarətini gücləndirəcək və istifadəçilərə, eləcə də oyun istehsalçılarına mənfi təsir göstərəcək. Xüsusilə, internet sürəti zəif olan regionlarda yaşayan istifadəçilər və fiziki daşıyıcıların satışı ilə məşğul olan şirkətlər üçün problemlər yarana bilər.

Təşəbbüs müəlliflərinin fikrincə, disklərdən imtina istehsalçıların Sony platformasından asılılığını artıracaq və istifadəçilərin oyunlara mülkiyyət hüququnun faktiki olaraq zəifləməsinə gətirib çıxaracaq.