İlham Əliyev: "Avstriya, Almaniya və Suriyaya qaz ixracına başlamışıq"

11:44 - 13.07.2026


13 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən media forumundakı çıxışında ölkənin qaz ixracı coğrafiyasının genişlənməsi və Avropa tərəfdaşları ilə strateji əməkdaşlıq barədə mühüm bəyanatlar verib.

Dövlət başçısının çıxışına istinadən xəbər verilir ki, Azərbaycan artıq Avstriya və Almaniyaya, eləcə də əvvəlki illərdə təsəvvür belə edilməyən Suriya bazarına qaz nəqlinə başlayıb. Avropa bazarının premium bazar olduğunu və orada ən yaxşı qiymətlərin təklif edildiyini vurğulayan Prezident bildirib: “Avropalı tərəfdaşlarla təmaslarımızda bu mesajı çatdırırıq ki, bizim uzunmüddətli müqavilələrə və birgə səy göstərərək qaz nəqli sisteminin genişləndirilməsinə ehtiyacımız var”.