Prezident: "Təəssüf ki, bu gün İslam dünyasında o qədər də böyük həmrəylik görmürük"

11:33 - 13.07.2026


13 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən beynəlxalq media forumundakı çıxışında İslam dünyasında artan gərginlikdən məyusluğunu ifadə edib və qarşılıqlı anlaşmanın vacibliyini vurğulayıb.

Dövlət başçısının çıxışına istinadən xəbər verilir ki, Azərbaycan hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olub və bu istiqamətdə çoxsaylı təşəbbüslər irəli sürüb. Hazırda müxtəlif regionlarda, o cümlədən Yaxın Şərqdə gərginliyin artdığını və qarşılıqlı ittihamların səsləndiyini təəssüflə qeyd edən Prezident bildirib: “İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində olan həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir. Qarşılıqlı anlaşma nə qədər zəifləsə, vəziyyət o qədər də pisləşəcək”.