ABŞ NATO mübahisəsi fonunda İspaniya mallarına mümkün embarqo hazırlayır

20:28 - 9.07.2026


9 iyul, Fineko/abc.az. Donald Tramp administrasiyası İspaniya ilə ticarətin dayandırılması niyyəti ilə bağlı bəyanatdan sonra embarqoya məruz qala biləcək ispan mallarının siyahısının hazırlanmasını tapşırıb.

POLITICO-nun məlumatına görə, siyahı ABŞ Maliyyə Nazirliyi, Ticarət Nazirliyi və Ticarət Nümayəndəliyi tərəfindən hazırlanır. Mümkün məhdudiyyətlərin səbəbi Madriddin NATO-nun müdafiə xərclərinin ÜDM-in 5%-nə qədər artırılması təşəbbüsünü dəstəkləməməsidir.

Ekspertlər qeyd edirlər ki, bu cür addımlar ABŞ ilə Aİ arasında qüvvədə olan ticarət sazişini risk altına qoya bilər. İkitərəfli ticarətin nisbətən kiçik olmasına baxmayaraq, Vaşinqton mümkün embarqonu İspaniyaya təzyiq vasitəsi kimi qiymətləndirir.