20:46 - 9.07.2026
9 iyul, Fineko/abc.az. Donald Tramp bildirib ki, İspaniya NATO çərçivəsində əlavə ödənişlərlə razılaşdıqdan sonra “səhvini tamamilə düzəldib”. Onun sözlərinə görə, əks halda ABŞ ticarət əlaqələrini dayandıra bilərdi.
Daha əvvəl Tramp Madridi müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaqdan imtina etdiyinə görə kəskin tənqid edir, ölkəni “pis müttəfiq” adlandırır və ticarət əlaqələrini kəsməklə hədələyirdi. Lakin NATO sammitinin yekununda o, “birlik” olduğunu vurğulayıb və müttəfiqlərin yaxın vaxtlarda müdafiə xərcləri üzrə tələbləri yerinə yetirəcəyinə əminliyini ifadə edib.
İspaniya daha əvvəl müdafiə xərclərini ÜDM-in 5%-nə qaldırmaqdan imtina edərək bu məqsədi məqsədəuyğun hesab etmədiyini bildirmişdi.