Aİ Ukrayna üçün satınalma qaydalarını yeniləyir

16:55 - 10.07.2026


10 iyul, Fineko/abc.az. Avropa İttifaqı Ukraynaya 2026–2027-ci illər üçün nəzərdə tutulan 60 milyard avroluq hərbi maliyyələşdirmə proqramı çərçivəsində Böyük Britaniyadan silah almağa icazə verməyi planlaşdırır.

Mənbələrin məlumatına görə, Aİ Londonla razılaşmaya yaxındır və bu, Britaniya şirkətlərinə tədarüklərdə iştirak etməyə imkan verəcək. Eyni zamanda, Avropa Komissiyası tələb edir ki, Kiyev Avropa vəsaitlərindən istifadə etdikdə Böyük Britaniya bu müqavilələrin maliyyələşdirilməsində iştirak etsin.

Proqram “Avropanı seç” prinsipi əsasında işləyir: üçüncü ölkələrdən alışlar yalnız Aİ-də analoqlar olmadıqda və Avropa Komissiyasının təsdiqindən sonra mümkündür.