Azərbaycan Prezidenti: "ABŞ rəhbərliyi Zəngəzur dəhlizinin vacib layihə olduğunu dərk edirdi"

11:50 - 13.07.2026


13 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində regional nəqliyyat layihələri və sülh danışıqlarında Vaşinqtonun rolu barədə mühüm məqamlara toxunub.

Dövlət başçısının çıxışına istinadən xəbər verilir ki, ABŞ rəhbərliyi Zəngəzur dəhlizinin Azərbaycanı özünün Naxçıvan bölgəsi ilə birləşdirəcək strateji bir layihə olduğunu dərk edirdi. Onların bu prosesdə çox səmərəli işlədiyini və Ermənistana da bu sülhün zəruriliyini izah etdiyini deyən Prezident bildirib: “Ağ Evdə tarixi görüş zamanı mən, Prezident Tramp və Ermənistanın Baş naziri üçtərəfli bəyanata imza atdıq. Eyni zamanda, iki ölkənin xarici işlər nazirləri də sülh sazişini parafladılar”.