20:00 - 10.07.2026
10 iyul, Fineko/abc.az. “Volkswagen” işçiləri şirkətin 100 minədək əməkdaşı ixtisar etmək və Almaniyada bir neçə zavodu bağlamaq planları fonunda baş qərargah qarşısında etiraz aksiyası keçiriblər.
Məlumata görə, şirkət bu addımları mənfəətin azalması (2025-ci ildə –53%) fonunda restrukturizasiya zərurəti ilə izah edir. Ölkə üzrə işçilər deindustrializasiya riskinin artmasından və iş yerlərinin itirilməsindən narahat olaraq etirazlarını davam etdirirlər.