17:10 - 13.07.2026
13 iyul, Fineko/abc.az. “Eti Bakır Anonim Şirkəti”nin Azərbaycandakı filialı ləğv olunur.
Kreditorlar iki ay ərzində tələblərini AZ1069 Bakı şəhəri, Nərimanov rayonu, Etibar Qocayev küçəsi, mənzil 15 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Eti Bakır A.Ş.” Türkiyənin ən böyük inteqrasiya olunmuş mədənçilik və metallurgiya şirkətlərindən biridir. “Cengiz Holding”in tərkibində fəaliyyət göstərən şirkət; mis, kobalt, gübrə və fosfat istehsalı ilə məşğul olur. Şirkət Türkiyə miqyasında 8 müəssisə idarə edir və Qırğızıstanda qızıl mədənçiliyi fəaliyyətləri həyata keçirir.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026