17:06 - 9.07.2026
9 iyul, Fineko/abc.az. Nvidia Avstraliyanın bulud texnologiyaları startapı Firmus Technologies-in 2 milyard dollarlıq kapital cəlbi raunduna təxminən 500 milyon dollar sərmayə yatıraraq iri investor olub. Sövdələşmə şirkətin Australian Securities Exchange birjasına planlaşdırılan çıxışı ərəfəsində baş tutur.
Australian Financial Review-un məlumatına görə, bu investisiya Firmus-un dəyərini təxminən 15,5 milyard dollar səviyyəsində qiymətləndirir ki, bu da əvvəlki qiymətləndirmədən demək olar iki dəfə çoxdur. Vəsaitlər Nvidia çiplərinin alınmasına və Lonsestonda məlumat mərkəzinin inkişafına yönəldiləcək.
Şirkət həmçinin iyulun 31-də növbədənkənar iclas keçirəcək və IPO öncəsi səhmlərin daha əlçatan olması üçün 50-yə 1 nisbətində bölünməsini təklif edəcək. ASX-də yerləşdirmənin növbəti 12 ay ərzində baş tutacağı gözlənilir.