“Salyan-Taxıl” ASC-nin əsas əməliyyat gəlirləri 33 faizdən çox azalıb

10:02 - 10.07.2026


10 iyul, Fineko/abc.az. “Salyan-Taxıl” ASC-nin 2025-ci ildə əsas əməliyyat gəlirləri 33.3% azalaraq 9 000 manatdan 6 000 manata düşüb. Nəticədə şirkət ili 140 802 manat xalis zərər ilə tamamlayıb (2024-cü ildə xalis zərər 140 902 manat olub).

Bu barədə şirkətin 2025-ci il üzrə illik maliyyə hesabatında qeyd edilib.

Ötən il şirkətin ümumi aktivləri 1.2% artaraq 4 milyon 876 min manatdan 4 milyon 937 min manata yüksəlib.

Öhdəliklərdə 7.2%-lik artım baş verib. Ötən il 849 178 manat olan cəmi öhdəliklər, bu ilin sonunda 910 419  manata çatıb.