16:19 - 13.07.2026
13 iyul, Fineko/abc.az. “Xaçmaz-Şərab” ASC 2025-ci ili 12,5 min manat xalis zərərlə başa vurub. Şirkət 2024-cü ildə 30 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə, şirkətin maliyyə nəticəsi mənfəətdən zərərə keçib.
Maliyyə hesabatına əsasən, ötən il “Xaçmaz-Şərab”ın əsas əməliyyat gəlirləri illik müqayisədə 33,6% azalaraq 1,54 milyon manata enib. Satışın maya dəyəri isə 32,1% azalaraq 1,55 milyon manat təşkil edib. Nəticədə şirkət 12,5 min manat ümumi zərər və eyni həcmdə əməliyyat zərəri qeydə alıb. 2024-cü ildə isə 33,3 min manat əməliyyat mənfəəti əldə edilmişdi.
2025-ci ilin sonuna şirkətin cəmi aktivləri 6,7% artaraq 7,45 milyon manata çatıb. Bu dövrdə qısamüddətli debitor borcları 13,8% artaraq 4,55 milyon manata, ehtiyatlar isə 8,3% artaraq 1,92 milyon manata yüksəlib.
Hesabat tarixinə “Xaçmaz-Şərab” ASC-nin cəmi öhdəlikləri 13,1% artaraq 4,13 milyon manat olub.
Şirkətin bölüşdürülməmiş mənfəəti ilin sonuna 2,15 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,6% azdır. Nizamnamə kapitalı isə dəyişməyərək 188,7 min manat səviyyəsində qalıb.
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026