15:13 - 13.07.2026
13 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 21,437 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
Bu barədə Türkiyə İxracatçılar Məclisindən bildirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 % azdır.
Təkcə iyunda isə Türkiyə Azərbaycana 2,826 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 27,7 % azdır.
6 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 2,4 % artaraq 2 milyard 230,515 milyon ABŞ dollarına, iyunda isə 15 % artaraq 420,127 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı 379,291 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 9,8 % çox), İtaliya 161,436 milyon ABŞ dolları (9,5 % çox) və Almaniya 121,538 milyon ABŞ dolları (8,7 % az) həyata keçirib.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026