15:51 - 13.07.2026
13 iyul, Fineko/abc.az. Naxçıvanda dövlət qurumlarının fəaliyyətinin optimallaşdırılması istiqamətində növbəti qərar qəbul edilib. Nazirlər Kabineti "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsin ləğv olunması ilə bağlı qərar verib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxs ləğv edilir.
Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ləğvetmə prosesinin həyata keçirilməsi tapşırılıb. Nazirlik aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ləğvetmə komissiyası formalaşdırmalı və prosesin mülki qanunvericiliyin tələblərinə uyğun aparılmasını təmin etməlidir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Maliyyə nazirlikləri və digər aidiyyəti dövlət qurumları ilə birlikdə qərarın icrası istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.
13 İyul 2026
13 İyul 2026
13 İyul 2026
11 İyul 2026
13 İyul 2026