ATU 2.4 milyon manata əsaslı təmir olunacaq

16:31 - 10.07.2026


10 iyul, Fineko/abc.az. Azərbaycan Texniki Universiteti (AzTU) publik hüquqi şəxsi tərəfindən elan olunmuş irimiqyaslı satınalma müsabiqəsinə yekun vurulub.

Universitetin binalarında aparılacaq əsaslı təmir işlərinin icrası “Mühəndislik Tikinti Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edilib.

Tərəflər arasında artıq satınalma müqaviləsi imzalanıb. Müqavilənin ümumi dəyəri 2 360 140 AZN təşkil edir.