İlham Əliyev: "Avropa Komissiyası ilə əlaqələr demək olar ki, tam uçuruma getmişdi"

10:22 - 13.07.2026


13 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində rəsmi Bakının Avropa institutları ilə münasibətlərinin hazırkı vəziyyəti və keçmiş gərginliklərin səbəbləri barədə mühüm açıqlamalar verib.

Dövlət başçısının çıxışına istinadən xəbər verilir ki, Avropa Komissiyası və AŞPA ilə münasibətlər arasında çox böyük fərq var. Cozep Borrelin Avropa diplomatiyasına rəhbərlik etdiyi dövrdə Azərbaycan ilə qurum arasındakı əlaqələrin tam uçuruma getdiyini deyən Prezident, həmin vaxt Avropa Komissiyasında anti-Azərbaycan qrupunun mövcud olduğunu diqqətə çatdırıb: “Ümid edirik ki, cənab Borrel birdəfəlik olaraq siyasətdən gedib. O vaxtdan bəri bizim münasibətlər yaxşılaşmağa başladı”.

İlham Əliyev həmçinin Beynəlxalq Məhkəmənin keçmiş nümayəndəsi Luis Moreno Okamponun erməni oliqarxlarının maliyyə mənbələrindən yararlanaraq Azərbaycana qarşı qərəzli rəylər verdiyini də vurğulayıb.