İlham Əliyev: "ABŞ ilə münasibətlərimiz hazırda pik səviyyəsindədir"

11:26 - 13.07.2026


13 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində rəsmi Bakı ilə Vaşinqton arasındakı əlaqələrin tarixi maksimuma çatdığını bəyan edib.

Dövlət başçısının çıxışına istinadən xəbər verilir ki, ABŞ ilə Azərbaycan arasındakı əlaqələr hazırda strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb.

Prezident Donald Trampın sülhsevər siyasətini xüsusi vurğulayan İlham Əliyev bildirib: “Azərbaycan və Ermənistan danışıqların yekun mərhələsində olarkən Prezident Tramp və onun komandası elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu”.

Ötən il Vaşinqtonda, bu ilin yanvarında isə Davosda keçirilən tarixi görüşləri xatırladan Prezident, Vitse-prezident Vensin Azərbaycana səfəri zamanı strateji tərəfdaşlıq bəyannaməsinin imzalandığını və iki ölkə arasında əvvəllər heç vaxt bu qədər yüksək münasibətlərin qurulmadığını diqqətə çatdırıb.