Prezident Şuşa və İçərişəhərlə bağlı qanunlara dəyişiklikləri təsdiqləyib

15:54 - 8.07.2026


8 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında” Əsasnaməyə və “Azərbaycanın mədəniyyət paytaxtı — Şuşa şəhəri haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Dövlət başçısının rəsmi saytında dərc olunan sənədə əsasən, qoruq ərazisində və Şuşa şəhərində yerləşən abidələrin zədələnməsi, məhv edilməsi, habelə müvafiq qurumla razılaşdırılmadan yerinin dəyişdirilməsi qadağandır.

Bundan əlavə, abidələrin toxunulmazlığını pozan və onlara təhlükə yaradan hər hansı tikinti, quraşdırma, bərpa, yenidənqurma, konservasiya və ya abadlıq işlərinin aparılmasına da qəti icazə verilmir.