İlham Əliyev: "Coğrafi mövqeyimizin əhəmiyyətinin bu qədər artacağını gözləmirdik"

10:02 - 13.07.2026


13 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində ölkənin artan logistik əhəmiyyəti və regional siyasəti barədə mühüm bəyanatlar verib.

Dövlət başçısının çıxışına istinadən xəbər verilir ki, hazırda ölkədə nəqliyyat və kommunikasiya infrastrukturunun genişləndirilməsi istiqamətində aktiv işlər aparılır.

Prezident vurğulayıb ki, Azərbaycanın həm Qərb, həm də Şərq istiqamətindəki qonşuları, eləcə də Mərkəzi Asiya, Gürcüstan, Türkiyə və Avropa ilə əlaqələri mükəmməl səviyyədədir.

İlham Əliyev yürüdülən siyasətin hər zaman regional əməkdaşlığa və qarşılıqlı narahatlıq doğuran məsələlərin həllinə yönəldiyini diqqətə çatdırıb.