İlham Əliyev: "Dünyada bir-birinə bu qədər yaxın olan başqa iki dövlət tanımırıq"

10:09 - 13.07.2026


13 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Türkiyə-Azərbaycan münasibətlərinin müstəsna xarakterini xüsusi vurğulayıb.

Dövlət başçısının çıxışına istinadən xəbər verilir ki, Türkiyə və Azərbaycan əhalisi dünyanın bütün ölkələri ilə müqayisədə bir-birinə daha yaxın olan iki xalqdır.

Siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrindəki əməkdaşlığın yüksək səviyyəsinə diqqət çəkən Prezident bildirib: “Biz dünyada başqa iki elə dövlət tanımırıq ki, bir-birinə bu qədər yaxın olsun, bir-birini bu qədər dəstəkləsin. Bu, xalqlarımızın çox böyük zənginliyidir və biz birgə daha güclüyük”.