Azərbaycanın strateji valyuta ehtiyatları ötən ayla müqayisədə azalıb

12:28 - 10.07.2026


10 iyul, Fineko/abc.az. Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il iyulun 1-i vəziyyətinə 85 milyard 768,9 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% çox olsa da, bir ay əvvəllə müqayisədə azalma deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il iyunun 1-i vəziyyətinə ölkənin strateji valyuta ehtiyatları 88 milyard 438,6 milyon ABŞ dolları olub.

Beləliklə, iyun ayında ehtiyatların həcmi 2 milyard 669,7 milyon ABŞ dolları və ya təxminən 3,0% azalıb. Azərbaycan Mərkəzi Bankının rəsmi məlumatına əsasən, tənzimləyicinin öz valyuta ehtiyatları mayın sonundakı 12 milyard 712,4 milyon ABŞ dollarından iyunun sonunda 13 milyard 157,6 milyon ABŞ dollarına yüksəlib. Hesablamalara əsasən, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri iyun ayında təxminən 75 milyard 726,2 milyon ABŞ dollarından 72 milyard 611,3 milyon ABŞ dollarına enib. Beləliklə, Fondun aktivləri bir ay ərzində təxminən 3 milyard 114,9 milyon ABŞ dolları və ya 4,1% azalıb.