Sky ITV-nin media aktivlərini £1,6 mlrd-a alır

22:22 - 6.07.2026


6 iyul, Fineko/abc.az. Sky şirkəti ITV-nin Media & Entertainment bölməsini £1,6 milyard ($2,2 milyard) dəyərində almağa razılaşıb və bununla Böyük Britaniyada ən iri yayım və striminq bizneslərindən birini formalaşdıracaq.

Məlumata görə, razılaşma çərçivəsində £1,2 milyard nağd ödəniş ediləcək, əlavə £200 milyon isə 2027-ci ildə reklam gəliri hədəflərinə çatıldığı halda ödəniləcək. Eyni zamanda, ITV Sky-dan Love Productions şirkətini £200 milyona geri alacaq.

Sazişə ITV telekanalları və ITVX platforması daxildir, ITV Studios isə müstəqil biznes olaraq qalacaq. Sky 2028–2032-ci illərdə ITV Studios-un kontentinə ən azı £2,1 milyard investisiya qoymağı da öhdəsinə götürüb.