SK Hynix çip istehsalına investisiya üçün Nasdaq-da ADR yerləşdirəcək

22:13 - 6.07.2026


6 iyul, Fineko/abc.az. SK Hynix Şirkət Nasdaq birjasında 17,79 milyon yeni Amerika depozitar qəbzi (ADR) yerləşdirəcək. Hər on ADR SK Hynix-in bir adi səhminə uyğun olacaq.

Məlumata görə, yerləşdirmənin qiymət diapazonu şirkətin Seul birjasındakı səhmlərinin dəyəri nəzərə alınmaqla bazar ertəsi açıqlanacaq.

Qeyd olunur ki, yerləşdirmə süni intellekt üçün çiplərə yüksək tələbat fonunda həyata keçirilir. Səhm qiymətlərində dəyişkənliyinə baxmayaraq, şirkətin səhmləri ilin əvvəlindən təxminən 260% artıb.