Tramp iddia edir ki, İran ABŞ-dan ərzaq alacaq 

21:23 - 3.07.2026


3 iyul, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp cümə axşamı bildirib ki, İran müharibənin dayandırılması ilə bağlı potensial sülh sazişi çərçivəsində ABŞ-dan kənd təsərrüfatı məhsulları alacaq, lakin İran bu bəyanatı təkzib edib.

"Onların pulu yoxdur, ona görə də biz pulun bir hissəsini götürüb onlara ərzaq alacağıq. Onların ərzağa ehtiyacı var. Onlara qarğıdalı, buğda və soya paxlası lazımdır və biz onları yalnız amerikalı fermerlərimizdən olan məhsullarla təmin edəcəyik", - deyə D. Tramp CNBC-yə müsahibəsində bildirib.

Bununla belə, İran Mərkəzi Bankının rəhbəri Əbdülnaser Hemməti "Tasnim" xəbər agentliyinə bildirib ki, "ABŞ-dan kənd təsərrüfatı məhsullarının alınması ilə bağlı heç bir öhdəlik yoxdur".

D. Tramp müsahibəsində qeyd edib ki, İranla danışıqlar irəliləyir və onun fikrincə, Tehran "demək olar ki, bizə lazım olan hər şeylə" razılaşıb.