Tokayev Qazaxıstanın yeni dövrə qədəm qoyduğunu elan edib

15:40 - 1.07.2026


1 iyul, Fineko/abc.az. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 1 iyul tarixindən yenilənmiş Konstitusiyanın qüvvəyə minməsi ilə ölkə tarixində yeni bir dövrün başlandığını bəyan edib. Onun sözlərinə görə, bu, dərin islahatları, dövlət institutlarının yenidən qurulmasını və dinamik inkişafa keçidi ifadə edir.

ABC.AZ xəbər verir ki, dövlət başçısı bu dəyişiklikləri tarixi əhəmiyyətli adlandırıb və xatırladıb ki, islahatlar kursu 15 martda keçirilən referendumda dəstəklənib. O bildirib ki, Qazaxıstan hər kəs üçün bərabər imkanların təmin olunduğu ədalətli bir dövlətə çevriləcək.

Yeni Konstitusiya birpalatalı parlamentə keçidi, vitse-prezident vəzifəsinin yaradılmasını və bir sıra dövlət orqanlarının islahatını nəzərdə tutur. Əsas Qanunun əvvəlki redaksiyası 1995-ci ildən qüvvədə idi.