Son illərdə SOCAR-da çalışan xarici mütəxəssislərin sayı artıb

10:42 - 2.06.2026


2 iyun, Fineko/abc.az. SOCAR-ın bu yaxınlarda imzalanan müqavilələrdən birinin mahiyyətinə aydınlıq gətirilib.

ABC.AZ xəbər verir ki, SOCAR prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələri zamanı müqavilənin detallarını açıqlayıb.

O qeyd edib ki, Azərbaycanda data mərkəzi və süni intellekt mərkəzinin yaradılmasını nəzərdə tutur:

"Şirkətin fəaliyyəti artıq yalnız Azərbaycanla məhdudlaşmır və müxtəlif ölkələrdə həyata keçirilən investisiyalar hesabına qlobal iştirakını genişləndirir. Transformasiya prosesi şirkətin insan kapitalının strukturunda da özünü göstərir. Belə ki, son illərdə SOCAR-da çalışan xarici mütəxəssislərin sayı artıb, müxtəlif ölkələrdə fəaliyyət göstərən törəmə şirkətlərdə və rəhbər vəzifələrdə beynəlxalq təcrübəyə malik mütəxəssislər daha geniş təmsil olunmağa başlayıb. Əvvəllər SOCAR əsasən yerli insan kapitalına əsaslanırdısa, bu gün şirkət beynəlxalq kadr potensialına malik qlobal enerji şirkətinə çevrilib".

Müəllif: Elmir Muradov