Neft bazarı sürətlə müharibədən əvvəlki səviyyəyə qayıdır, Tehranın təsiri təhlükədədir — WSJ

21:50 - 8.07.2026


8 iyul, Fineko/abc.az. ABŞ və İran arasında Hürmüz boğazının açılmasına dair əldə olunmuş müvəqqəti razılaşma bir həftə ərzində neft qiymətlərinin 10%-dən çox düşməsinə səbəb olub və bu durum Tehranın qlobal təsir imkanlarını təhdid edir. "The Wall Street Journal" (WSJ) qəzetinin məlumatına görə,

Uoll-stritin aparıcı bankları neft qiymətləri ilə bağlı proqnozlarını aşağı salır, "Goldman Sachs" isə Fars körfəzindən ixracın gözləniləndən bir ay daha tez — iyulun sonuna qədər bərpa olunacağını ehtimal edir. Münaqişə dövründə Hürmüz boğazından qlobal qiymətlərə təzyiq rıçaqı kimi istifadə edən İran, bazarın sürətlə adaptasiya olması fonunda qlobal tədarük və qiymət siyasətinə təsir etmək alətini itirmək riski ilə üzbəüzdür.

Analitiklər tam normallaşmanın vaxt aparacağını və yeni danışıqların pozulması risklərinin qaldığını xəbərdar etsələr də, bazarın çeviklik nümayiş etdirərək sutkada 14 milyon barrellik rekord şoku gözləniləndən daha az kəsirlə qarşıladığı artıq aydın görünür.