11:34 - 22.05.2026
22 may, Fineko/abc.az. Rusiyaya Ermənistandan çiçək məhsullarının idxalına qoyulan məhdudiyyətlər işçi vəziyyət hesab olunur.
ABC.AZ xəbər verir ki, bu barədə mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, fitosanitar tələblərə uyğun olmayan məhsullara tətbiq edilən məhdudiyyətlər həmişə olub.
Bundan əvvəl Rusiya Federasiyasının “Rosselxoznadzor” qurumu mayın 22-dən etibarən Ermənistandan çiçək məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq etdiyini açıqlamışdı. Qərarın fitosanitar təhlükəsizliyin və ölkənin ixrac potensialının qorunması məqsədi daşıdığı bildirilib.
Bəzi məlumatlara görə, Rusiya bazarını itirəcəyi təqdirdə Ermənistan çiçək ixracından əldə etdiyi gəlirin 90%-ni itirə bilər.