Si Cinpin: Rusiya və Çin rəqəmsal iqtisadiyyatda inkişaf amillərini gücləndirməlidir

11:50 - 20.05.2026


20 may, Fineko/abc.az. Çin Xalq Respublikasının sədri Si Cinpin bildirib ki, Rusiya və Çinin rəqəmsal iqtisadiyyat, süni intellekt və texnoloji innovasiyalar sahəsində yeni inkişaf amillərini gücləndirməsi vacibdir.

ABC.AZ xəbər verir ki, bu barədə o, Pekində Rusiya Prezidenti Vladimir Putinlə aparılan danışıqlardan sonra çıxış edib.

Çin liderinin sözlərinə görə, tərəflər rəqəmsal iqtisadiyyat, süni intellekt və texnoloji innovasiyaları fəal şəkildə inkişaf etdirməli, həmçinin Moskva və Pekin arasında genişmiqyaslı qarşılıqlı faydalı əməkdaşlığa töhfə verməlidir.