15:55 - 13.05.2026
13 may, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin Xalq Respublikasının sədri Xi Jinping ilə danışıqlarda Çin bazarının Amerika şirkətləri üçün daha açıq olmasına nail olmağa çalışacaq.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, Çin səfərinə dünyanın ən böyük şirkətlərinin rəhbərləri, o cümlədən İlon Mask və Tim Kuk da qatılacaq. Tramp vurğulayıb ki, bu məsələni qarşıdakı görüşdə prioritet olaraq qaldıracaq.
Trampın Çinə dövlət səfəri 13–15 may tarixlərində baş tutacaq. Gözlənilir ki, tərəflər ticarət, enerji, strateji sabitlik və digər əsas beynəlxalq məsələləri müzakirə edəcəklər.