17:10 - 12.05.2026
12 may, Fineko/abc.az. İran ABŞ və İsrailin təkrar hücumu halında uranın zənginləşdirilməsi səviyyəsini artırmağı istisna etmir.
ABC.AZ xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin nümayəndəsi Əbülqasim Rezai bildirib.
Onun sözlərinə görə, uranın 90 faizə qədər zənginləşdirilməsi Tehran üçün mümkün variantlardan biridir.
“Biz bunu parlamentdə müzakirə edəcəyik”, — deyə Rezai “X” sosial şəbəkəsində yazıb.
Daha əvvəl isə mediada yayılan məlumatlara əsasən, İran sülh planı çərçivəsində uranın zənginləşdirilməsini 3,5 faizlə məhdudlaşdırmağa və ehtiyatlarını azaltmağa razılaşıb.