Bu Avropa paytaxtında ilk dəfə ət və avtomobillərinin reklamı qadağan edildi

17:06 - 6.05.2026


6 may, Fineko/abc.az. Mayın 1-dən Amsterdam ət, avtomobil və aviabiletlərin ictimai reklamını tamamilə qadağan edən ilk paytaxt oldu. Şəhər küçələrindən və nəqliyyatdan burger və yolsuzluq avtomobillərinin posterləri yoxa çıxıb, onları muzey və konsert afişaları əvəz edib.

ABC.AZ xəbər verir ki, şəhər rəhbərliyi bu qərarı iqlim hədəfləri ilə izah edir: 2050-ci ilə qədər Amsterdam karbon neytrallığına nail olmağı və ət istehlakını iki dəfə azaltmağı planlaşdırır.

"Yaşıl solçular" partiyasının nümayəndələri vurğulayıblar ki, bələdiyyə öz ekoloji siyasətinə zidd olan malların reklamından qazanc əldə etməməlidir.