"Alfa Kapital" MMC BOKT-nin təsisçilərindən birinin pay bölgüsü azalıb

14:52 - 5.05.2026


5 may, Fineko/abc.az. "Alfa Kapital" MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin pay bölgüsündə dəyişiklik olub.

ABC.AZ xəbər verir ki, bu, BOKT-un nizamnamə kapitalının 20 min manat və yaxud 2 % artırılaraq 1 milyon manatdan 1,02 milyon manata çatdırılmasından sonra baş verib.

Əlavə məbləği BOKT-da 51 % təsis payı olan Fərid Köçərli təmin edib. Son nəticədə onun payı 52 %-ə yüksəlib, əvəzində digər təsisçi Şirin Cavadovun payı 47,5 %-dən 46,5%-ə düşüb.

3-cü təsisçi - Elçin Niftiyevin isə payı dəyişməyərək 1,5 % qalıb.