Apple gözləntiləri üstələyərək gəlir artımı proqnozunu yüksəldib

12:13 - 1.05.2026


1 may, Fineko/abc.az. Apple üçüncü rüb üzrə gəlir proqnozunu gözlənilmədən artırıb: şirkət iyuna qədər satışların 14–17% artacağını gözləyir ki, bu da analitiklərin 9,1% proqnozunu xeyli üstələyir. Bu xəbərin fonunda səhmlər təxminən 4% yüksəlib.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Şirkətin ikinci maliyyə rübündə gəlirləri 17% artaraq 111,2 milyard dollara çatıb (analitik proqnozu — 109,7 milyard dollar). Artıma MacBook Neo, iPhone 17e, yenilənmiş iPad Air və MacBook Pro kimi yeni məhsullar dəstək olub.

Eyni zamanda Apple yaddaş mikrosxemlərinin bahalaşması və Mac kompüterlərində bir neçə ay davam edəcək qıtlıq barədə xəbərdarlıq edib.