15:42 - 27.04.2026
27 aprel, Fineko/abc.az. Güclü istilər səbəbindən Hindistanda elektrik enerjisinə tələbat tarixi maksimuma çatıb: aprelin 25-də pik istehlak 256 QVt-a yüksələrək əvvəlki 252 QVt-lıq rekordu geridə qoyub.
ABC.AZ xəbər verir ki, artım ekstremal temperatur fonunda kondisionerlərdən kütləvi istifadə ilə bağlıdır. Belə ki, temperatur 46,9°C-yə qədər yüksəlib. Günəş energetikasının inkişafına baxmayaraq, ölkə axşam saatlarında 3,5-4 QVt-a qədər güc çatışmazlığı ilə üzləşir ki, bu da enerji sisteminə yükü artırır və alternativ baza generasiya mənbələrinin inkişafını stimullaşdırır.