15:55 - 24.04.2026
24 aprel, Fineko/abc.az. İspaniyanın baş naziri Pedro Sançes enerji daşıyıcılarının bahalaşmasına görə Avropa İttifaqına iri enerji şirkətləri üçün fövqəladə vergi tətbiq etməyi təklif edib.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artması Avropada artıq ev təsərrüfatları və biznesin hiss etdiyi iqtisadi nəticələrə səbəb olub. Eyni zamanda bəzi şirkətlər neftin yüksək qiymətlərindən əlavə gəlir əldə edir. Buna görə də yeni vergi vətəndaşların və iqtisadiyyatın dəstəklənməsi üçün maliyyə mənbəyi ola bilər.
Yaxın Şərqdəki vəziyyət və Hörmüz boğazında yaranan fasilələr fonunda Avropada yanacağın qiyməti kəskin artıb. BVF də genişmiqyaslı enerji böhranı riskinə dair xəbərdarlıq edir.