11:44 - 23.04.2026
23 aprel, Fineko/abc.az. Avropa İttifaqı ölkələri Ukraynaya €90 milyard məbləğində kreditin daimi nümayəndələr səviyyəsində razılaşdırılmasından sonra yekun təsdiqini verməyə hazırlaşır.
ABC.AZ xəbər verir ki, qərar Macarıstan və Slovakiyanın Ukrayna ilə Drujba vasitəsilə neft tədarükünün bərpası barədə razılığa gəlməsindən və Budapeştin etirazlarını geri götürməsindən sonra mümkün olub.
Gözlənilir ki, texniki prosedurlar həftənin sonunadək başa çatdırılacaq və yekun qərar yaxın günlərdə qəbul edilə bilər. Bununla belə, hüquqi məsələlər hələ də həllini tapmayıb — Ukrayna ilə kredit sazişi imzalanmayıb, həmçinin Aİ qanunvericiliyində bəzi dəyişikliklər tələb olunur ki, bu da ilk tranşın ayrılması müddətini sual altına qoyur.
Proqram, 2026 və 2027-ci illərdə hər biri €45 milyard olmaqla, iki il üçün nəzərdə tutulub. Maliyyələşmə ümumavropa büdcəsinin zəmanətləri altında cəlb edilən borc vəsaitləri hesabına təmin olunacaq.