“Eczacıbaşı Holding”in Azərbaycanda potensial fəaliyyəti müzakirə olunur

09:56 - 10.02.2026


10 fevral, Fineko/abc.az. Türkiyənin “Eczacıbaşı Holding” şirkətlər qrupunun İdarə Heyətinin sədri ilə görüşdə şirkətlər qrupunun Azərbaycanda potensial fəaliyyəti müzakirə olunur.

ABC.AZ xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Eczacıbaşı Holding” şirkətlər qrupunun İdarə Heyətinin sədri Bülent Eczacıbaşı ilə görüşündə biznes sahəsində əməkdaşlığı, xarici investorlar üçün əlverişli biznes şərtləri və şirkətin səhiyyə, sənaye, maliyyə, informasiya texnologiyaları və digər sahələr üzrə Azərbaycanda potensial fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.